Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Kitab Bayramı – 2018” adlı tədbir keçirilmişdir.

24 may 2018 | 16:00

     24 may 2018-ci il tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Kitab bayramı-2018” adlı tədbir keçirilmişdir.
        Tədbiri  Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin direktoru Ofeliya Şükürova açaraq “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında iştirakçılara geniş məlumat vermiş, Azərbaycan mədəniyyətinə xüsusən kitabxana-informasiya sahəsinə göstərilən dövlət qayğısından danışaraq Mədəniyyət Nazirliyinin və Laçın Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə ilboyu keçirilmiş tədbirlərdən ətraflı məlumat vermişdir. O, həmçinin tədbirlər planının icrasından söz açaraq Mərkəzləşdirilmiş Kitabxana  Sistemi və onun kənd filialları tərəfindən kitab sərgiləri təşkil olunduğunu, oxucu konfransları, kitab müzakirələri, müxtəlif görüşlər, tematik gecələr, ziyalılar və müharibə veteranları ilə görüşlər  keçirildiyi barədə də ətraflı məlumat vermişdir. 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Şəhidlik zirvəsi” adlı ədəbi bədii kompozisiya, Xocalı faciəsinin 26-cı  ildönümü ilə  bağlı “Əsrin faciəsi” adlı tədbir, 8 mart - beynəlxalq qadınlar bayramı münasibətilə “Ömrümüzün bəzəyi, başımızın tacı qadınlar” adlı tədbir keçirilməsini xüsusi ilə qeyd etmişdir. Bundan əlavə Laçın rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə təntənəli tədbirlər keçirildiyi bildirilmişdir.
        Kitab bayramında çıxış edən digər kitab sevərlər tərəfindən müasir texnologiyaların və informasiyanın geniş yayılmasına baxmayaraq, bədii ədəbiyyata rayon sakinlərinin böyük marağının  olduğu qeyd olunmuş, belə tədbirlərin keçirilməsinin gənc nəslin kitaba marağının yönəldilməsində böyük rolu olduğu bildirilmişdir.
       Tədbirdə rayon məktəbliləri vətənpərvərlik ruhunda şerlər söyləmiş, təşkil edilmiş konsertdə rəngarəng musiqi nömrələri tədbir iştirakçılarında  yüksək əhval-ruhiyyə yaratmışdır. Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  ən fəal oxucularına isə  Rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər