Şriftin ölçüsü :

Saytın rəngi :

Taxta Körpü qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir

10 mart 2018 | 16:00

   2018-ci il 10 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir. Hər həftənin şənbə günü təşkil olunan yarmarka səhər saat 10:00-da başlamışdır.  Yarmarkada yerli məhsul istehsalçıları tərəfindən alıcılara 23 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilmişdir. Məhsullar bazar qiymətlərindən 15-20 faiz ucuz satılmışdır. Yarmarkanın keçirilməsində əsas məqsəd istehsalçıların məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.

       Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul işçiləri satış yarmarkasına gələrək məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanmışlar.

 Laçınlı məcburi köçkünləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

Keçidlər