Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 2017-ci ilin sonucu ağacəkmə aksiyasını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirmişlər.

29 dekabr 2017 | 16:00

      29.12.2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının birgə təşəbbüsü ilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisindəki “Heydər Park”ında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir.
       Təşkil edilmiş ağacəkmə aksiyasında 1000 ədəd həmişəyaşıl və enliyarpaq ağaclar əkilərək, suvarılmışdır. Aksiya iştirakçıları əkdikləri həmin ağacların becərilməsini öz üzərlərinə götürmüşlər.
      Aksiyada rayon fəalları, gənclər, sadə əmək adamları böyük həvəslə  iştirak etmişlər.

Keçidlər