Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhadət” sənədli filmi nümayiş olundu.

14 dekabr 2017 | 16:00

          14 dekabr 2017-ci il tarixdə Ağcabədi rayonunun Taxtakörpü  qəsəbəsində-Laçın Rayon Təhsil Şöbəsinin akt zalında  rayonun təhsil işçilərinin, yaxın ərazidə fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş İslam dini adından başqa məqsədlər üçün istifadə edərək xüsusən gəncləri öz ətrafına toplayan radikal dini cərəyanların qurbanları və ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycan oğullarının həyatından, eləcə də ölümə gedən yollarından bəhs edən “Şəhadət” sənədli filmi nümayiş etdirilmişdir.
        Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı  Cabir Əvəzzadə  “Şəhadət” sənədli filmi haqqında məlumat verərək bildirib ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri dini radikalizmdir. Natiq çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” filmi böyük əhəmiyyətə malikdir. Yeniyetmə-gənclərdə vətənpərvərlik tərbiyəsinin təbliği və təşviqi məqsədilə hazırlanan "Şəhadət" filmində  Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı, qəhrəmanlığın gətirdiyi fəxarət hissi təbliğ olunur, digər tərəfdən isə radikalizmin cəmiyyət, dövlət, ailə üçün hansı faciələrə səbəb olduğu real faktlarla tamaşaçılara təqdim edilir.
     Çıxışda eyni zamanda din pərdəsi altında gizlənən, əslində isə ekstremizm və radikalizm fəaliyyəti ilə məşğul olan qüvvələr pislənilmiş, ölkəmizdə olan ictimai-siyasi sabitliyin ən mühüm nailiyyətimiz olduğu iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə vətəndaşlar arasında ekstremizm və radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları vardır.
       Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirildi. Filmin nümayişindən sonra tədbirdə iştirak edən rayonun ümumtəhsil məktəblərinin müəllimləri və digər  iştirakçılar ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirərək, filmdə toxunulan məsələlərin yuxarı sinif şagirdləri arasında geniş təbliğ olunmasını və gənc nəslə dini radikalizmin mənfi tərəflərinin çatdırılmasını vacib hesab edərək onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildirmişlər.
        Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə də iştirak etmişdir.

 

Keçidlər