Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü İmişli rayonunda keçirilmişdir.

08 dekabr 2017 | 16:00

      08.12.2017-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin İmişli rayonu ərazisində  müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü - səyyar qəbulu keçirilmişdir.
       Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək, ölkəmizdə və rayonda görülən işlərdən danışmış,  Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda  həyata keçiriləcəyinə əminliyini bildirmişdir.
     35 nəfərin iştirak etdiyi görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 5 nəfərin müraciəti dinlənilmiş və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
      Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
     Görüşdə Laçın Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, aparatının şöbə müdiri Aslan Abbasov, Laçın Rayon Polis şöbəsinin rəisi Adil Əsədov, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Kamallı, Cağazur və Malıbəy kənd inzibati ərazi dairələri üzrə nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.

Keçidlər