Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon məktəblilərində və gənclərdə sağlam həyat tərzinin təbliği və onların narkomaniyaya qarşı mübarizədə maarifləndirilməsi məqsədilə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilmişdir.

07 dekabr 2017 | 16:00

        07 dekabr 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının iştirakı ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində - rayonun Şamkənd kənd uşaq musiqi məktəbində rayon məktəblilərində və gənclərdə sağlam həyat tərzinin təbliği və onların narkomaniyaya qarşı  mübarizədə maarifləndirilməsi məqsədilə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilmişdir.
      Tədbiri Rayon İcra Hakimiyyəti başçısı  aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı  Cabir Əvəzzadə giriş sözü ilə açaraq, narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan danışaraq, məktəbliləri, gəncləri və bütün tədbir iştirakçılarını narkomaniyaya qarşı mübarizədə fəal olmağa çağırıb.
       Tədbirdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşası ilə çıxış ediblər. Narkomaniyanın acı nəticələrini özündə əks etdirən səhnə əsəri böyük maraqla qarşılanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər