Şriftin ölçüsü :

Saytın rəngi :

Qabaqcıl təhsil işçilərinə mükafatlar təqdim edildi.

17 noyabr 2017 | 16:00

       17.11.2017-ci il tarixdə Azərbaycan Respublikasının təhsil nazirinin 06.10.2017-ci il tarixli K-560/1 nömrəli əmri ilə təhsilin inkişafındakı xidmətlərinə görə “ Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi ” döş nişanına layiq görülmüş  6 nömrəli Laçın tam orta məktəbin tarix müəllimi Quliyeva Elmira Köçəri qızının, 35 nömrəli Laçın tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nəcəfova Rəfiqə Rza qızının, Laçın rayon İdman-Şahmat məktəbinin direktoru Musayev Vəli Cənnət oğlunun,              ”Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilmiş Laçın rayonunun Quşçu kənd tam orta məktəbinin  Azərbaycan dili və ədəbiyyatı müəllimi Mirzəyeva Zəhra Fazil qızının mükafatlarının təqdim olunma mərasimi keçirilmişdir.
      Təqdimat mərasimində Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov mükafatlandırılan müəllimləri təbrik etmiş, mükafatları onlara təqdim etmişdir.
        Təqdimat mərasimində mükafatlandırılan müəllimlər çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər