Şriftin ölçüsü :

Saytın rəngi :

Taxtakörpü qəsəbəsində iməcilik keçirildi

04 noyabr 2017 | 16:00

         Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə laçinli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki  552 ailəlik qəsəbədə, həmçinin   idarə, müəssisə və təşkilatlarının ətrafında  küçə, meydan və parklarda 4 noyabr 2017-ci il tarixində növbəti iməcilik keçirildi.
        Rayonun idarə, müəssisə kollektivlərinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən iməcilik zamanı inzibati binaların ətrafında, küçə, meydan və parklarda təmizlik işləri aparılmaqla ətrafları yabanı alaq bitkilərindən  təmizlənmiş, məişət tullantıları yığılaraq daşınması təşkil edilmişdir.
Ərazidə aparılan təmizlik işləri,  yaradılmış səliqə -sahman  sakinlər  tərəfindən razılıqla qarşılanmışdır.

Keçidlər