Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq, yeniyetmə və gənclər arasında Cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

30 oktyabr 2017 | 16:00

       29 oktyabr 2017-ci il tarixdə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində - rayonun Taxtakörpü qəsəbə tam orta məktəbinin idman zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə uşaq, yeniyetmə və gənclər arasında Cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.
      Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda respublikanın on bir rayonunundan idmançılar iştirak etmişlər. İyirmi yeddi çəki dərəcəsində keçirilən uşaq, yeniyetmə və gənclər arasında Cüdo idman növü üzrə açıq rayon birinciliyi yüksək əhval-ruhiyyə şəraitində baş tutmuşdur.
      Yarışda rayon təmsilçilərimizdən 4 nəfər birinci yeri, 3 nəfər ikinci yeri, 5 nəfər isə üçüncü yeri tutumuşdur.
Yarışın keçirilməsi üçün bütün lazımi şərait yaradılmış, yarışın keçirildiyi müddət ərzində əraziyə təcili tibbi yardım maşını cəlb edilmişdir.
Yarış başa çatdıqdan sonra digər rayonlardan gələn iştirakçılar öz rayonlarına ən xoş təəssüratlarla qayıtmışdır.

Keçidlər