Şriftin ölçüsü :

Saytın rəngi :

Taxtakörpü ərazisində payız səpini işləri davam edir

18 sentyabr 2017 | 16:00

               Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək, əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də rayonda taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur.
              Havaların yağmursuz keçməsi laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı, sahəsi 31,6 min hektar olan Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki obalarda növbəti ilin taxıl məhsulu üçün buğda və arpa səpini aparılmasına əlverişli şərait yaratmışdır. Laçın Rayon Statistika İdarəsinin rəisi Alik Cəfərov məlumat vermişdir ki, artıq 18.09.2017-ci il tarixə 21 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik üzrə şum aparılmış 598 hektar əkin sahəsinin 78 hektarında arpa, 14 hektarında isə yonca  toxumu səpilmişdir. Hazırda kənd əməkçiləri tərəfindən əkin-səpin işləri davam etdirilir.
              Səpin aparılmış əkin sahələrinin birinci dəfə suvarılmasının təşkili üçün Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən Laçın Rayon Kənd Təsərrüfatı İdarəsinə və Laçın Suvarma Sistemləri İdarəsinə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər