Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr - Bilik günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın rayonunun Fingə kənd tam orta məktəbində olmuşdur.

15 sentyabr 2017 | 16:00

          15 sentyabr - Bilik Günü  ilə əlaqədar Laçın rayonunun Mişni kənd tam orta məktəbindəki görüşdən sonra  Taxtakörpü ərazisindəki Fingə obasında fəaliyyət göstərən Laçın rayonunun Fingə kənd tam orta məktəbində  olan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  məktəb kollektivini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
          Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli böyük sevinc hissi ilə onu da vurğulamışdır ki, bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin tarixində yeni bir səhifə açılmışdır. Belə ki, 24 illik yurd həsrətindən sonra öz doğma torpaqlarına, xarabalıq üzərində yenidən qurulan yurd-yuvalarına qovuşmuş Cocuq Mərcanlı sakinləri bu gün daha bir bayram sevinci yaşayırlar. Artıq bu gün həmin kənddə 24 ildən sonra yenidən məktəb zəngi səslənmişdir. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı düşünülmüş siyasətinin məntiqi nəticəsidir, böyük uğurudur, daha doğrusu “Böyük Qayıdış”a doğru gedən yoldur. Biz laçınlı məcburi köçkünlər bu tarixi gündə cocuq mərcanlılıları, məktəbliləri təbrik edirik, onlara ən xoş arzularımızı çatdırırıq. Rayon rəhbəri işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyi günün çox da uzaqda olmadığını, 15 sentyabr - Bilik gününün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki kimi işğaldan azad ediləcək ərazilərimizdəki məktəblərimizdə gerçəkləşəcəyinə əminliyini bildirmişdir.
         Fingə kənd tam orta məktəbinin direktoru Habil Abduləzimov, məktəb kollektivi, eləcədə Fingə kənd ağsaqqalları yeni dərs ilinin ilk günündə vaxt taparaq, onlarla görüşə gəldiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər