Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binada yanğın baş vermişdir

12 sentyabr 2017 | 16:00

          2017-ci il 12 sentyabr tarixdə səhər saatlarında Bakı şəhəri Xətai rayonu Nobel prospekti Əhmədli yolu Kazımağa Kərimov küçəsi 15 ünvanda yerləşən iki mərtəbəli ictimai binanın 1-ci mərtəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkünlər Cəbrayılov Vasif Novruz oğlunun  və Kərimov Bəbirxan Məhəmməd oğlunun müvəqqəti məskunlaşdığı 3 otaq elektrik qısa qapanması səbəbindən yanmışdır. Yanğın nəticəsində hər iki ailənin məişət əşyaları yanmış, onlara xeyli maddi ziyan dəymişdir. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
     Hadisə ilə bağlı Xətai və Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının, həmçinin “Dövlətqaçınkom”un nümayəndələri dərhal ərazidə olmuşlar. Hazırda yanğın nəticəsində dəymiş ziyanın məbləği  müəyyənləşdirilir və həmin ailələrin müvəqqəti yerləşdirilməsi üçün tədbirlər görülməkdədir.

Keçidlər