Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı ilə bağlı laçınlı məcburi köçkünlərə qurban payları ilə yanaşı ərzaq yardımları da paylanılmışdır.

02 sentyabr 2017 | 16:00

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı diqqət və qayğısının növbəti əyani təzahürü olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müqəddəs Qurban bayramı ilə bağlı 02.09.2017-ci il tarixdə Ağcabədi rayonunda, o cümlədən Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan 3050 ailə üçün iribuynuzlu heyvanlar kəsilərək həmin Nazirliyin əməkdaşlarının iştirakı ilə qurban payları paylanılmışdır.
        Həmin gün Vergilər Nazirliyinin əməkdaşları Taxtakörpü qəsəbəsində olmuş, məcburi köçkünlərin Qurban bayramını təbrik etmişlər. Bundan sonra Vergilər Nazirliyi tərəfindən Taxtakörpü ərazisindəki məcburi köçkünlər üçün gətirilmiş ərzaq yardımları müvafiq qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr tərəfindən sakinlərə paylanılmışdır.
       Məcburi köçkünlər onlara göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər