Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Qurban bayramını qeyd etdilər.

01 sentyabr 2017 | 16:00

          Müqəddəs Qurban bayramı ilə bağlı 2017-ci il 1 sentyabr tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində  tədbir keçirilmişdir.
         Bu əziz bayramla bağlı laçınlılar 120 başadək xırdabuynuzlu qurbanlıq heyvanların kəsilməsini və imkansız, şəhid, əlil, tənha ailələrə çatdırılmasını təmin etmişlər. Ümumilikdə, Laçın rayonu üzrə Ağcabədi, İmişli, Bərdə, Tərtər, Kürdəmir, Saatlı, Sabirabad, Şəki, Qax, Qəbələ rayonlarında  və Şirvan şəhərində müvəqqəti məskunlaşmış 1200 laçınlı məcburi köçkün ailəsinə qurban payları verilmişdir.
       Məcburi köçkünlər onlara göstərilən bu diqqətə görə minnətdarlıq ifadə etmiş, növbəti bayramlarımızın işğaldan azad ediləcək torpaqlarımızda qeyd olunacağına əminliklərini bildirmişlər.

Keçidlər