Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun Ümid qəsəbəsində görüş - səyyar qəbul keçirilmişdir.

21 avqust 2017 | 16:00

           2017-ci il 18 avqust tarixində Qaradağ Rayonu İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Qaradağ rayonunun Ümid qəsəbəsinin sakinləri ilə, habelə qəsəbədə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçükünlərlə növbəti görüşü - səyyar qəbulu keçirilmişdir.
         Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
         Keçirilmiş səyyar qəbulda 130-dən çox qəsəbədə sakinləri, o cümlədən Laçın rayonundan olan məcburi köçkünlər də iştirak etmişdir.
          Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz minnətdarlıqlarını bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında danışmışlar. Qəsəbə sakinlərindən 10 nəfəri fərdi qaydada dinlənilmişdir. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər