Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.

18 avqust 2017 | 16:00

2017-ci il 18 avqust  tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin  sakinlərlə növbəti səyyar qəbul-görüşü Bərdə rayonu ərazisində keçirilmişdir. Laçın rayonunun Meşəçilik tam orta məktəbinin  binasında keçirilən görüşdə həmin əraziyə yaxın yaşayış massivlərində  müvəqqəti məskunlaşmış 175 nəfər  laçınlı məcburi  köçkün iştirak etmişdir.  
Məlumat verilmişdir ki, Bərdə rayonu ərazisində 1876 ailə olmaqla 7099 nəfər laçınlı məcburi köçkün məskunlaşmışdır. Onlardan Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün inşa olunmuş Təhlə qəsəbəsində  136 ailə, “866 ailəlik” qəsəbədə  41, “588 ailəlik” qəsəbədə isə 60 ailə olmaqla,  ümumilikdə cəmi Bərdə rayonu üzrə 1876 ailədən 237 ailə 1066 nəfər laçınlı məcburi köçkün yeni mənzillərlə təmin olunmuşdur. 
            Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək əvvəlki illərdə olduğu kimi 2017-ci ilin ötən dövrü ərzində də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  geniş quruculuq və abadlıq işlərinin davam etdirildiyini, qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirmişdir.  Rayon rəhbəri çıxışında bildirdi ki, dünyada tüğyan edən  kəskin maliyyə böhranına baxmayaraq   ölkə başçısı tərəfindən aparılan düşünülmüş sosial-iqtisadi siyasət sayəsində  əhalinin rifah halı davamlı olaraq yüksəlmiş, məcburi köçkünlərə göstərilən diqqət və qayğı daha da artırılmışdır. Bununla yanaşı Rayon İcra Hakimiyyətinin başçısı çıxışında xüsusilə bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ölkəmizdə idarəetmə sistemini daha da müasirləşdirərək yeni müstəviyə çıxarmışdır. Minnətdarlıqla vurğulanmışdır ki, Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlayan Mehriban xanım Əliyevanın ilk gündən məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar geniş müşavirə keçirməsi də köçkünlər tərəfindən razılıqla qarşılanmışdır.
            Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanmasını cəbrayıllılar kimi bütün məcburi köçkünlərdə də yüksək əhval-ruhiyyə yaratdığını, bunun  ata-baba yurdlarımıza “Böyük Qayıdış”ın təməli olacağına və növbəti bərpa işlərinin  Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda  həyata keçiriləcəyinə əminliyini bildirmişdir.
           Səyyar qəbulda iştirak edən laçınlı məcburi köçkünlərdən 12 nəfəri müraciət edərək, Bərdə şəhərində fəaliyyət göstərən Laçın Peşə Məktəbində dövlət hesabına əlavə ixtisas qrupunun açılmasını, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasını, dörd nəfəri müalicə üçün birdəfəlik maddi köməklik göstərilməsini, bir nəfəri işlə təmin olunmasını xahiş etmiş,  iki nəfər isə vaxtaşırı olaraq yerlərdə qəbulların keçirilməsinə görə sakinlər adından minnətdarlıqlarını bildirmişlər.  Səyyar qəbulda edilən müraciətlər diqqətlə dinlənilmiş, həlli rayon səviyyəsində mümkün olan məsələlər barədə aidiyyəti üzrə tapşırıq verilərək icrası nəzarətə götürülmüş, həlli rayon səviyyəsində mümkün olmayan məsələlər barədə vətəndaşlara müvafiq izahat və düzgün istiqamət verilmişdir.
Məcburi köçkünlər görüş-səyyar qəbuldan xoş təəssüratla ayrılmışlar.

Keçidlər