Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun səyyar həkim briqası obalarda tibbi xidmət göstərmişdir

10 avqust 2017 | 16:00

07 – 08   avqust 2017-ci il tarixlərində Laçın Rayon İca Hakimiyyətinin təşkilatçılığı ilə  aparatın  məsul işçiləri də iştirak etməklə Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadası  Ağcabədi rayonu Taxta körpü ərazisindəki Qarıqışlaq, Alxaslı, Mişni, Qozlu, Təzəkəndi, Şeylanlı, Hacılar Sadınlar, Qoşasu, Minkənd, Mirik,  Ağbulaq, Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri sakinlərinin məskunlaşdığı obalarda  olmuşlar.
Rayon Mərkəzi  Xəstəxanasının  həkim  briqadasının  tərkibində iki terapevt,  stomatoloq,   oftalmoloq,  pediatr və həkim laborantın iştirakı təmin olunmuşdur. Keçirilmiş   səyyar tibbi baxışın ilk günündə  Qarıqışlaq obasinda -21, Alxaslı obasında 16, Fingə obasında 13, Mişni obasında 22, Ərdəşəvi obasında 33, Şeylanlı obasında 12,cəmi 117 nəfər müayinə olunmuşdur.
Müayinə  zamanı 13 xəstəyə yerində tibbi  yardım  göstərilmiş,  digərlərinə isə  müvafiq müalicə  təyin olunmuşdur.
Tibbi müayinənin davam etdirildiyi 08 avqust .2017-ci il tarixində isə köçkünlərin məskunlaşdıqları  Hacılar obasında 14, Sadınlar obasında 9, Qoşasu obasında 22, Mirik obasında 9, Ağbulaq obasında 12, Qarakeçdi obasında 14 nəfər olmaqla cəmi 84 nəfər tibbi müayinədən keçirilmişdir.  Ümumiyyətlə keçirilmiş səyyar baxış zamanı 31 uşaq, 69 qadın,101 kişi müayinə olunmuşdur. Bununla yanaşı səyyar tibbi baxışl zamanı ərazidə məskunlaşmış şəhid ailələri və Qarabağ əlillərinin mənzillərində olaraq onlarında ehtiyacı olanlara tibbi yardım göstərilmiş və zəruri dərman preparatları verilmişdir.    
Köçkünlər isti yay günlərində məskunlaşdıqları ərazidə onlarla görüşlərin keçirilməsini və səyyar həkim briqadası tərəfindən müayinə və müalicə olunmalarını razılıqla qarşılamış, bu qayğıya görə  tədbirin təşkilatçılarına və səyyar həkim briqadasına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər