Şriftin ölçüsü :

Saytın rəngi :

Laçında ümumrayon müşavirəsi keçirildi

09 avqust 2017 | 16:00

Qax şəhərində keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrlə əlaqədar 09 avqust 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətində ümumrayon müşavirəsi keçirildi. Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, yerli icra nümayəndələri,  idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, qabaqcıl fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.
        Laçın Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  müşavirəni açaraq ölkə  Prezidenti cənab  İlham Əliyevin uzaqgörən  düşüncəsi ilə ölkə iqtisadiyyatının post-neft dövrünə uyğunlaşdırılması məqsədilə qeyri-neft sektorunun durmadan inkişaf etdirilməsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini diqqətə çatdırıb. İcra başçısı bununla bağlı ölkədə kompleks tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əmək tutumlu və sosial yönümlü layihələrin icra olunduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, bunların arasında kənd təsərrüfatına daxil  olan sahələrin inkişafına da geniş yer verilir və cari ilin avqustun 4-də Qax şəhərində keçirilmiş ümumrespublika müşavirəsi də məhz bu həyati əhəmiyyətli məsələlərə, aqrar sahənin ən gəlirli bölmələri olan barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr edilib.  Aqil Nəzərli bildirib ki,  ölkə başçısı cənab İlham Əliyevin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrasından ötrü cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı bütün rayon ictimaiyyətinin səyi səfərbər olunmalı, frontal iş qurulmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi köməklik olunmalıdır. Eyni zamanda o,  gələn il rayonda artıq barama istehsalına başlanılacağını diqqətə çatdıraraq yem bazasının yaradılmasının vacibliyini önə çəkməklə yeni əkilmiş  10 minə qədər tut tinglərinin qorunması, suvarılması və aqro-texniki quluğun göstərilməsi ilə bağlı məsul şəxslərə ciddi tapşırıqlar verməklə bu məqsədlə  əkin üçün əlavə torpaq sahənin hazırlanmasını bildirib.
         Sonra müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, rayon Statistika idarəsinin rəisi Alik Cəfərov, Rayon Yaşıllaşdırma idarəsinin müdiri Babək Abbasov çıxış edərək rayonda barama istehsalının  genişləndirilməsi ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Keçidlər