Şriftin ölçüsü :

Saytın rəngi :

Taxta körpü qəsəbəsində növbəti iməclik keçirilmişdir

15 iyul 2017 | 16:00

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları, rayonun idarə müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxtakörpü ərazisində mövcud yaşıllıqların qorunması, küçə və parkların səliqəli saxlanması məqsədi ilə 15 iyul 2017-ci il tarixində növbəti iməclik keçirilmişdir. İdarə, müəssisə kollektivlərinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən iməclik zamanı inzibati binaların ətrafında, parklarda və digər yaşıllıq sahələrində ağac və gül kollarına lazımi qulluq göstərilərək ətrafı alaq otlarından təmizlənmiş, ərazidəki suvarma kanalları və su  xəttləri təmir olunmuşdur.
      Həmçinin, iməclik zamanı müvafiq texnikaların vasitəsi ilə ərazidəki avtomobil yollarında  cari təmir işləri görülmüşdür. Aparılmış təmizlik işləri, yaşıllıqlara göstərilən qulluq və bərpa işləri rayon sakinləri  tərəfindən razılıqla qarşılanaraq onlarda xoş əhval-ruhiyyə yaratmışdır.

Keçidlər