Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon əhalisi arasında ideya-siyasi işin təşkili vəziyyəti ilə bağlı tədbir keçirilmişdir.

04 iyul 2017 | 16:00

4 iyul 2017-ci il tarixdə rayon əhalisi arasında ideya-siyasi işin təşkili vəziyyəti ilə bağlı tədbir keçirilmişdir.  Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri Rayon İcra Hakimiyyətinin  inzibati  binasının qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə gül dəstələri qoyaraq Ulu öndərə tükənməz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra tədbir Rayon Təhsil Şöbəsinin inzibati binasının akt zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə müasir dövlətçiliyimizin əsaslarının yaradıldığını bildirmişdir. Dövlətimzin təhlükəsizliyi naminə qurulmuş ideya-siyasi işin əsaslarının məhz Ümummilli lider Heydər Əliyev tərəfindən yaradıldığını, qüdrətli Azərbaycan dövlətinin inkişafına hesablanmış Heydər Əliyev ideyalarının 2003-cü ildən  ötən müddət ərzində isə məhz ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmzin inkişafı naminə uğurla həyata keçirildiyini bildirmişdir.
            Tədbirdə “Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən rayon əhalisi arasında ideya-siyasi işin təşkili barədə” il ərzində şöbə tərəfindən görülümüş işlərlə bağlı geniş arayış təqdim olunmuşdur.
            Sonra tədbirdə digər çıxış edənlər dövlətimizin inkişafını istəməyən xarici qüvvələrin və onların ölkəmizdəki havadarlarının Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və uzaqgörənliyi nəticəsində yaratdığı sabitliyi pozmaq cəhdlərini pisləmiş, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı işlərin nəticəsi olaraq dövlətimizin beynəlxalq aləmdə nüfuzunun günü-gündən artdığını vurğulayaraq, hər bir rayon sakininin öz işiylə ölkəmizin quruculuğu və inkişafı naminə aparılan işlərə töhfə verməli olduğunu bildirmişlər.
            Eyni zamanda minnətdarlıq hissi ilə vurğulanmışdır ki, Mehriban  xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezident kimi fəaliyyətə başladığı ilk gündən, yağı düşmən tərəfindən doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müşavirə keçirməyi, Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa olunmuş qəsəbədə yeni mənzillərin məhz onun tərəfindən istifadəyə verilməsi onlar tərəfindən hədsiz sevinc və razılıqla xatırlanır.

Keçidlər