Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə tədbir keçirildi

08 may 2017 | 16:00

08 may 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının birgə   təşkilatçılığı ilə laçınlı məcburi köçkünlərin  məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilmişdir.
Əvvəlcə  çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri tərəfindən  Laçın Rayon İcra Hakimiyyətinin qarşısında  Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət olunaraq önünə  gül dəstələri düzülmüşdür. Sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbir Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən açıq elan edilərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik  sükutla yad olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı giriş nitqində  dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və  çoxşaxəli fəaliyyətindən danışaraq, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını bildirdi.
       Sonra tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən  Ümummilli lideri Heydər Əliyevin zəngin və şərəfli ömür yolunu əks etdirən geniş məruzə edilməklə  məruzə ətrafında çıxışlar dinlənilmişdir. Məruzə və çıxışlarda əvəzedilməz Heydər Əliyev strategiyasının Müstəqil Azərbaycanın inkişaf yolu olacağına əminlik  vurğulanmaqla bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi bildirilmişdir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti  ilə Rayon İcra Hakimiyyətində tərtib edilmiş tədbirlərə planına uyğun olaraq rayonun yuxarı sinif şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin,  habelə məktəblilər və gənclər arasında  keçirilən futbol və boleybol yarışlarının qaliblərinə fəxri fərman və qiymətli hədiyyələr, həmçinin Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilən bir qrup gəncə partiyaya üzvülük vəsiqələri  təqdim edilmişdir. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxa tamaşa edilmişdir.

Keçidlər