Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon 28 nömrəli tam orta məktəbdə radikal ekstremizm meyllərinin yaranmasına qarşı mübarizə mövzusunda tədbir keçirildi.

05 may 2017 | 16:00

05 may 2017-ci il tarixində rayon ictimaiyyəti nümayəndələri, pedaqoji işçiləri  və yuxarı sinif şagirdlərinin iştrakı ilə rayonun 28 nömrəli tam orta məktəbində radikal ekstremizm meyllərinin yaranmasına qarşı mübarizə mövzusunda tədbir keçirildi.
       Tədbirdə rayon prokuroru Ceyhun Almasov məruzə ilə çıxış edərək din pərdəsi adı altında fəaliyyət göstərən, müxtəlif radikal ekstrmizmə meylli təşkilatların və onların cərəyanlarının məqsədlərinə xidmət edən müxtəlif təşkilatların respublikamızdakı fəaliyyəti haqqında ətraflı məlumat verdi. Qeyd edildi ki, öz sıralarını genişləndirmək üçün ən müxtəlif vasitələrdən istifadə edən  bu cərəyan təmsilçiləri əsasən öz təbliğatlarını gənclər və yeniyetmələr arasında aparır, onların təcrübəsizliyinə əsaslanaraq  öz məqsədləri üçün vasitə kimi istifadə edirlər. Məruzədə o da vurğulandı ki, əvvəlki illərlə müqayisədə son vaxtlar belə təsir altına düşən gənclərin sayı xeyli azalsa da, təəssüf ki, hələ də mövcuddur. Bu təhlükəli meyllərə qarşı hamılıqla mübarizə aparmalı, ən təsirli vasitələrdən istifadə etməklə belə gənclərimizi bu təhlükəli yoldan çəkindirməliyik.
        Sonra tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ceyhun Əliyev  çıxış edərək bu istiqamətdə təmsil etdiyi Dövlət Komitəsinin vaxtaşırı  həyata keçirdiyi müxtəlif tədbirlər haqqında məlumat verdi. Qeyd edildi ki, gənclərimizin zərərli təsirlər altına düşməsinin əsas səbəblərindən biri də onların dinimiz haqqında müfəssəl bilgilərə sahib olmamalarıdır. Bu boşluğu aradan qaldırmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə razılığa gəlinmişdir ki, “Həyat bilgisi” orta məktəb dərsliyi yenidən işlənsin və orada İslam dini haqqında geniş məlumat verilsin.
Tədbirdə 28 nömrəli məktəbin direktoru Nofəl İsmayılov və digər ictimaiyyət nümayəndələri  də çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.
    Tədbirdə rayon Hüquq mühafizə orqanlarının və Təhsil şöbəsinin rəhbərləri iştirak etmişlər.

Keçidlər