Şriftin ölçüsü :

Saytın rəngi :

06 may 2017-ci il tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə laçınlılar Taxtakörpü qəsəbəsi ərazisində geniş iməciliklə ağacəkmə kampaniyası keçirmişlər.

06 may 2017 | 16:00

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Laçın Rayon İcra Hakimiyyətində tərtib edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilmişdir.
   Tədbirlər planına uyğun olaraq Taxtakörpü qəsəbəsində ulu öndər Heydər Əliyevin  adını daşıyan parkda geniş iməcilik təşkil olunaraq ağacəkmə kompaniyası keçirilmişdir. Yüksək əhval-ruhiyyə şəraitində keçirilən ağacəkmə kompaniyasında əmək kollektivləri, həmçinin qəsəbə sakinləri yaxından iştirak etmişlər. Parkda görülmüş təmizlik işləri ilə yanaşı  ümumilikdə 194 ədəd həmişəyaşıl ağac əkilmişdir. Səliqə ilə əkilən ağaclara qulluq məqsədilə həmin əraziyə plastik boru vasitəsi  su xətti çəkilərək əkilmiş ağaclar dərhal suvarılmışdır. İməçilik nəticəsində ərazidə görülən təmizlik və abadlıq işləri, xüsusilə keçirilən ağacəkmə kampaniyası qəsəbə sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

Keçidlər