Şriftin ölçüsü :

Saytın rəngi :

21aprel 2017-ci il tarixdə Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Abış oğlu Eyvazovun anım mərasimi keçirildi.

21 aprel 2017 | 16:00

Mərasimdən əvvəl Qorxmaz Eyvazovun ailə üzvləri, döyüş yoldaşları və mərasim  iştrakçıları   Şəhidlər xiyabanında qəhrəmanın məzarını  ziyarət edərək, üzərinə tər güllər düzərək, əziz xatirəsini ehtiramla yad etdilər. Sonra anım mərasimi Sumqayıt şəhəri Nəriman Nərimanov adına mədəniyyət sarayında davam etdirildi. Mərasimdə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan igid Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycanın Dövlət Himni səsləndirildi. Bundan sonra Milli Qəhrəmana həsr edilmiş” Qorxmazların yolu” sənədli filmi nümayiş olundu. Filmin nümayişindən sonra Qorxmaz Eyvazovun həmkəndliləri, millət vəkili Mahir Abbaszadə, “Qorxmaz olaq” xatirələr toplusunun redaktoru, pedaqoqika elmləri  üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəbrayıl Qəhrəmanov, İntiqam Eyvazov çıxış edərək Milli Qəhrəman Qorxmaz Eyvazovla bağlı xatirələrini danışdılar. Bundan sonra Laçın rayon məktəbliləri arasında Milli Qəhrəman Qorxmaz Eyvazova həsr olunmuş inşa yazı müsabiqəsində I,II,III yerlərə layiq görülmüş rayonun Güləbird kənd tam orta məktəbinin şagirdi Semramida Məmmədova, Cicimli kənd tam orta məktəbinin şagirdi Aytəkin Verdiyeva, İmanlar kənd tam orta məktəbinin şagirdi Fidan Əliyeva  qiymətli hədiyyələrlə mükafatlandırıldılar.    
Tədbirin sonunda Milli Qəhrəmanın oğlu, polis leytenantı Asəm Eyvazov çıxış edərək tədbirin keçirilməsində göstərdikləri köməyə görə Laçın Rayon İcra Hakimiyyətinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə ailələri adından təşəkkürünü və minnətdarlığını bildirdi.

 

Keçidlər