Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirilmişdir.

22 fevral 2017 | 16:00

22 fevral 2017-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Qəbulla bağlı müraciət edərək qeydiyyata alınmış 28 nəfər rayon sakininin işlə təmin olunma, mənzil şəraitlərinin yaxşılaşdırılması,  ailə vəziyyəti ilə bağlı maddi köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri ətraflı dinlənilmişdir. Sakinlərin müraciətlərində göstərilən həlli rayon səviyyəsində mümkün olan məsələlərlə bağlı aidiyyəti üzrə  tapşırıq verilərək, icrası nəzarətə götürülmüş, həmçinin  müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı  vətəndaşlara lazımi izahat verilmişdir. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak etmişlər. Qəbulda rayon sakinləri onların vaxtaşırı qəbul edilmələrindən razı qaldıqlarını bildirməklə müraciətlərinə həssaslıqla yanaşıldığına görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

Keçidlər