Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirilmişdir.

21 dekabr 2016 | 16:00

21 dekabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Qəbulla bağlı müraciət edərək qeydiyyata alınmış 31 nəfər rayon sakininin mənzil şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunma, ailə vəziyyəti ilə bağlı maddi köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri ətraflı dinlənilmişdir. Sakinlərin müraciətlərində göstərilən həlli rayon səviyyəsində mümkün olan məsələlərlə bağlı aidiyyəti üzrə  tapşırıq verilərək, icrası nəzarətə götürülmüş, həmçinin  müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı  vətəndaşlara lazımi hüquqi izahat və istiqamət verilmişdir. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak etmişlər. Qəbulda rayon sakinləri onların vaxtaşırı qəbul edilmələrindən razı qaldıqlarını bildirməklə müraciətlərinə həssaslıqla yanaşıldığına görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

Keçidlər