Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti görüş-səyyar qəbul Şirvan şəhəri ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.

09 dekabr 2016 | 16:00


09 dekabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Şirvan şəhərində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir. Şirvan şəhəri, Pioner düşərgəsi adlanan ərazidə keçirilən  görüş-səyyar qəbulda 40 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən abadlıq və quruculuq işlərindən, həmçinin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, habelə məşğulluğunun artırılması istiqamətində görülmüş  işlərdən danışaraq, əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin ötən dövründə də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Qəbulda iştirak edən rayon sakinlərindən  7 nəfəri çıxış edərək əvvəlcə onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, həmçinin, məskunlaşdıqları evlərin təmiri, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı təyin edilməsi və  maddi köməklik olunması, habelə müharibə iştirakçılarına veteran vəsiqələrinin verilməsi kimi məsələlərdə onlara köməklik olunmasını xahiş etmişlər. Sakinlər tərəfindən edilmiş müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür. Səyyar qəbulda Qaçqınların və Məcburi Köçknlərin işləri üzrə  Dövlət Komitəsinin Şirvan şəhəri üzrə nümayəndəsi, rayonun idarə müəssisə rəhbərləri və  Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak etmişlər.

Keçidlər