Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirilmişdir.

21 sentyabr 2016 | 16:00

21 sentyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında təşkil olunmuş qəbulda  Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun  idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.
Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli maddi köməklik, işlə təmin olunma və digər problemlərlə bağlı  qəbula gəlmiş   45 nəfər məcburi köçkünün müraciətini ətraflı dinləmişdir. Qəbulda iştirak etmiş vətəndaşların müraciətlərinə baxılması üçün aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər