Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr Bilik Günü Laçınlılar tərəfindən sevinclə qeyd edildi.

15 sentyabr 2016 | 16:00

15 sentyabr - Bilik Günü  ilə əlaqədar Rayon İcra Hakimiyyəti və Rayon  Təhsil  Şöbəsinin əməkdaşları rayonun  ümumtəhsil məktəblərində  olmuş, şagirdlər, valideynlər və  müəllimlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibəti ilə onları rayon ictımaiyyəti adından təbrik etmişlər.
       Yeni dərs ilinin ilk günündə rayonun Taxtakörpü qəsəbə, Düşərgə qəsəbə və 37 nömrəli tam orta məktəblərində  olan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli   rayonun bütün pedaqoji kollektivlərini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Məktəb kollektivləri ilə görüşündə rayon üzrə ali məktəbə 325 nəfərin qəbul olmasını, 57 nəfərin 500-dən, 15 nəfərin isə 600-dən yuxarı bal toplamasını  yüksək qiymətləndirmiş, yeni dərs ilində bundan da yüksək göstəricinin əldə edilməsini arzulamışdır.
       2016-2017-ci dərs ilinə hazırlıqla əlaqədar hazırda rayon üzrə 116 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 4-ü ibtidai, 30-u  ümumi orta,    82-si tam orta məktəb, 5-i isə məktəbdənkənar təhsil müəssisəsidir. Hazırda bu məktəblərdə təhsil alacaq şagirdlərin  ümumi sayı  10895  nəfərdir ki, bunlardan da 1276   nəfəri  birinci sinfə daxil olanlardır. Şagirdlərin  təlim-tərbiyəsi ilə  2648-ə yaxın  müəllim  məşğuldur ki, onlardan da 37  nəfəri yeni dərs ili ərəfəsində Təhsil Nazirliyinin  göndərişi  ilə  gəlmiş və işlə təmin edilmiş gənc müəllimlərdir.  Yeni dərs ili ərəfəsində rayonun ümumtəhsil məktəblərində 9-cu siniflərə dərs deyəcək 70  nəfər müəllim müvafiq regionlar üzrə təşkil edilmiş kurikulum təlim kurslarından keçmiş və lazımi sertifikatlar almışlar.
Yeni tədris  ili ərəfəsində Rayon Təhsil Şöbəsi tərəfindən rayonunun ümumtəhsil məktəblərinə 69 adda 45634 ədəd  dərslik, eyni zamanda 4500 ədəd müəllim üçün metodik vəsait paylanmışdır.
      Yeni tədris ilinə hazırlıqla əlaqədar rayon üzrə büdcə vəsaiti hesabına 9  məktəbdə əsaslı və cari təmir işləri aparılmışdır.

 

Keçidlər