Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu keçirildi.

25 may 2016 | 16:00

25 may  2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərin müvəqqəti icra edən Aqil Nəzərli tərəfindən vətəndaşların qəbulu keçirilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında təşkil olunmuş qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun  idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.
Qəbul zamanı Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərin müvəqqəti icra edən Aqil Nəzərli qəbula gəlmiş 41 nəfər məcburi köçkünün müraciətini ətraflı dinləmişdir. Qəbulda müraciət etmiş vətəndaşların müraciətlərinə baxılması üçün aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini  müvəqqəti icra edən Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər