Dövlət başçısı cənab İlham Əliyev görüş zamanı çıxışında ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyətin dəyişdiyini bildirmişdir.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. 2003-cü ildən ötən hər il 12 dekabr tarixi bütün xalqımız kimi laçınlılar tərəfindən də ulu öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilməklə əziz xatirəsi qəlbimizdə əbədi yaşayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir hərbi qulluqçuları “Qarabağ” ordeni ilə təltif edilmişdir
Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini daim yaşatmışdır.Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli müdrik siyasəti və Şanlı Ordumuzun qüdrəti sayəsində Laçın rayonunun işğaldan azad olunması tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytarması tarixi hadisə oldu
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.
2020-ci il 01 dekabr tarixdə Laçın rayon sakinlərinin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə təntənəli tədbir keçirilmişdir.
Son zamanlar elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. Covid-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla bir çox ölkədə və ərazidə yayılıb. İndiyədək dünyada koronavirusa yoluxan 43 546 236 nəfər sağalıb 1 465 186 nəfər isə virusdan ölüb.
25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad olundu.Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.
20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir
Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.
Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir.
Qalib Prezidentə xalqın ehtiramı əbədi və tükənməzdir. Cari ilin 16 noyabr tarixində Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır.
Azərbaycan Respublikasının Prezidenti. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun erməni işğalçılarına qarşı 44 günlük müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Respublikamızda yeni Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib
Bu günlər Azərbaycan öz tarixinin ən möhtəşəm günlərindən birini yaşayır. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulur. Bu 30 ildə xalqımız əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi.
Şuşa şəhərinin erməni işğalından azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 10 noyabr 2020-ci il tarixində xalqa müraciət etmişdir.
-Əziz həmvətənlər. Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.
Ölkə Prezidenti cənab İlham Əliyev 02 noyabr 2020-ci il tarixində Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatların davamlı və məqsədyönlü olduğunu bildirmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevi 29.10.2020-ci il tarixdə Rusiyanın “İnterfaks” agentliyinə müsahibə vermişdir. Müsahibəsində Azərbaycan ordusunun şərtsiz üstünlüyünü qeyd edən dövlət başçısı, Azərbaycan Ordusunun döyüş meydanında özünün üstünlüyünü sübut etdiyini bildirmişdir
Ölkə Prezidenti cənab İlham Əliyevin 26.10.2020-ci il tarixində ABŞ-ın “FoxNews” televiziya kanalına verdiyi müsahibəsində Sentyabrın 27-də döyüşlərə başlayanın Azərbaycan olmadığını bildirməklə, təəssüflə bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsinin bu məsələni qaldırmadığnı bildirib.
Ölkə Prezidenti cənab İlham Əliyev 26.10.2020-ci il tarixində Fransanın “Figaro” qəzetinə müsahibəsində cari ilin sentyabr ayının 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçdiyi bildirilmişdir.