Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar becərdikləri əkin sahələrindən bol məhsul götürülməsi üçün əzmlə çalışırlar.

30 aprel 2022 | 16:00

Mühüm strateji sahə olan taxılçılıq laçınlı məcburi köçkünləri məskunlaşdıqları Ağcabədi rayonu Taxta Körpü ərazisində kənd təsərrüfatının aparıcı istiqamətlərindəndir və hazırda becərilən  taxıl sahələrindən yüksək məhsul əldə edilməsi üçün zəruri olan növbəti suvarma və becərmə işləri davam etdirilir.
                  Laçın rayonu üzrə  cari ilin məhsulu üçün  2021-ci ilin payızında 2022-ci ilin məhsulu üçün Ağcabədi rayonunun Taxta körpü ərazisində 680 ha  (ondan 40 ha buğda, 640 ha arpa) taxıl səpini aparılmışdır.
                 Bununla bağlı Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən Taxta Körü ərazisində becərilən əkin sahələrində aparılmış  monitorinq zamanı həmin taxıl sahələrində yaxşı bitiş alındığı və bol məhsul gözlənildiyi məlum olmuşdur.
              Hazırda taxıl sahələrində zəruri aqrotexniki tədbirlərin və növbəti suvarmanın  yüksək keyfiyyətlə başa çatdırılması işləri görülür.

Keçidlər