Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Beyləqan rayonunda görüşü-səyyar qəbulu keçirilmişdir

30 mart 2022 | 16:00

   2022-ci il 30 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin Beyləqan rayonu ərazisində müvəqqəti  məskunlaşmış  laçınlı  məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
   Beyləqan şəhərində şəhid Rəhman Əliyev adına Laçın rayonunun Qarıkaha kənd tam orta məktəbinin inzibati binasında pandemiya dövrünün tələblərinə əməl olunmaqla keçirilən, 33 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son  illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında  və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından danışmışdır. Çıxışda eyni zamanda şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışılmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığı, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyi bildirilmişdir.
   Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda 4 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu yaşadığı mənzilin çardaq hissəsi qəzalı vəziyyətdə olduğuna görə birdəfəlik maddi köməkliyin olunması, işlə təmin olunma, ərazidə fəaliyyə göstərən Laçın rayonunun Qarıkaha kənd tam orta məktəbinin istifadəsi üçün çəkilmiş suya görə sayğacın quraşdırılmasına köməklik olunması məsələləri ilə bağlı olmuşdur. Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
   Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
   Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına görə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər