Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr-Zəfər Bayramı Laçın rayon sakinləri tərəfindən ruh yüksəkliyi ilə qeyd olunur.

08 noyabr 2021 | 16:00

Dünya Azərbaycanlılarının fərəhlə qeyd etdiyi 8 Noyabr-Zəfər bayramı Laçın rayon sakinləri tərəfindən də ən müqəddəs bayram kimi qeyd edilmişdir. Belə ki, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Tədbirlər Planına uyğun olaraq 1 noyabr tarixindən başlayaraq silsilə tədbirlər keçirilərək, Vətən müharibəsi şəhidlərinin məzarları ətrafında təmizlik və abadlıq işləri aparılaraq ziyarət olunmuş, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının rəsmi veb saytında “Vətən Müharibəsi Şəhidləri” səhifəsinin yaradılması təmin edilmiş, rayon sakinlərinin sıx məskunlaşdıqları ərazidə yeniyetmə və gənclərin iştirakı ilə müxtəlif tədbirlər və müsabiqələr keçirilmişdir. Eyni zamanda rayon sakinlərinin sıx məskunlaşdıqları ərazidə “Xarı Bülbül” embleminin, Vətən Müharibəsi şəhidlərinin şəkillərinin və adlarının əks etdirilməsi təmin olunmuş, “Qənimətlər Parkı”na rayon məktəblilərinin ziyarəti təşkil olunmuş, Zəfər Bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi şəhidlərinin ailələri ilə görüşlər keçirilmişdir.
Tədbirlər Planına uyğun olaraq 8 noyabr tarixində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı Ulu Öndər Heydər Əliyevin büstü və qəsəbə ərazisindəki şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq, qarşısına tər güllər düzülmüşdür, şəhidlərin xatirəsi böyük məhəbbət və ehtiramla yad olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir böyük zövq və iftixar hissi ilə bəzədilmiş Heydər Əliyev meydanında rayon məktəblilərinin Zəfər Bayramına həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilməsi ilə davam etdirilmişdir. Bununla yanaşı bayram tədbirində vətənpərvərlik ruhunda mahnılar səsləndirilmiş, rayon məktəblilərinin ifasında şerlər söylənilərək, səhnəciklər nümayiş olunmuşdur. Həmçinin, tədbirin sonunda ağacəkmə aksiyası keçirilərək, şəhidlərin Xatirə Kompleksi ətrafında və qəsəbə ərazisində 500-dən çox həmişəyaşıl və mövsümi ağaclar əkilmişdir.
Torpaqlarımızın azad olunmasında müstəsna xidmətləri olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıq hissi ilə keçirilən tədbir rayon sakinlərində böyük ruh yüksəkliyi yaratmışdır.

Keçidlər