Şriftin ölçüsü :

Saytın rəngi :

1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi

01 oktyabr 2021 | 16:00

     1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə Laçın Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Ilk öncə rayon rəhbərliyi, prokurorluq sahəsində çalışanlar və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Laçın Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm büstü önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
     Sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayon prokrorluğunun əməkdaşlarını prokurorluq orqanlarının yaranmasının 103 illiyi münasibəti ilə təbrik edərək onlara çətin, məsuliyyətli və şərəfli peşələrində uğurlar arzu edərək cinayətkarlıqla mübarizə sahəsinə prokrorluq orqanlarının xüsusi rolundan danışdı. O, Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixdə Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə imzaladığı sərəncam bu əvəzolunmaz şəxsiyyətin Azərbaycan dövlətinin bütün sahələrinə necə diqqət və qayğı ilə yanaşdığını bizlərə göstərdiyini vurğuladı.

      Daha sonra rayon prokuroru İlkin Mustafayev bildirmişdir ki, müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlamış, 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçmişdir.Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır.
     Tədbirdə  prokurorluq orqanının işçilərini təbrik edən digər natiqlər prokurorluq orqanlarının qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyini vurğulayaraq onlara bu şərəfli işlərində uğurlar arzuladılar.

Keçidlər