Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu

27 fevral 2021 | 16:00

Ölkəmizdə davamlı olaraq həyata keçirilən ağacəkmə təşəbbüsünə böyük həvəslə qoşulan laçınlılar 27.02.2021-ci il tarixdə Ağcabədi rayonu Taxta Körpü ərazisində keçirilən növbəti  ağacəkmə aksiyasını Xocalı soyqırımı  qurbanlarının əziz xatirsinə həsr etmişlər.
   Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin iştirakı ilə keçirilən tədbirdə çoxsaylı rayon gəncləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri fəallıq göstərmişlər. Aksiya  iştirakçıları tərəfindən ərazidəki Taxta Körpü qəsəbəsindəki Heydər Əliyev prospekti boyunca Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsini yad edilməsi məqsədilə 613 ədəd həmişəyaşıl və digər növ ağaclar əkilmişdir.
     Keçirilən ağacəkmə aksiyası zamanı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılaraq erməni faşizminin vəhşiliyi hiddətlə pislənilmişdir.

 

Keçidlər