Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və müharibə veteranları davamlı dövlət qayğısı ilə əhatə olunur

27 dekabr 2020 | 16:00

    Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət  tərəfindən hər zaman davamlı xüsusi diqqət və davamlı qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq nəticəli tədbirlər həyata keçirilir.
    Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda,  bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
Bu sosial siyasətin davamı olaraq Laçın rayon İcra Hakimiyyətinin rəhbərliyi rayonun, eləcədə əvvəllər Laçında doğulmuş, hazırda isə digər rayonlarda qeydiyyada olan şəhid ailələrini,  müharibə əlillərini və veteranlarını xüsusi diqqətdə saxlayır, bu kateqoriyadan olan sakinlərlə müntəzəm görüşlər keçirir, onların problemləri ilə yerində tanış olaraq zəruri tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. Vətən müharibəsində qəhrəmanlıq səlnaməsi yazan igidlərimizin ailələrinin qonağı olan Laçın rayon İcra Hakimiyyətinin əməkdaşları onların mövcud problemlərini, istək və arzularını dinləyərək hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarını, onlara mütəmadi şəkildə lazımi köməkliklərin göstəriləcəyini bildiriblər.
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin rəhbərliyi ilə həlli zəruri olan məsələlərin icrası qısa zamanda  təşkil edilmiş, digərlərinin həlli üçün əlaqədar təşkilatlar qarşısında müavfiq məsələlər qaldırılmışdır.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən davamlı diqqət və qayğının bütün cəmiyyətimiz, o cümlədən şəhid ailələri və müharibə veteranları tərəfindən məmnunluqla qarşılandıgını vurğulayan rayon sakinləri işğal altında olan torpaqlarımızın azad olunmasına və bununlada onlara Qələbə sevinci yaşatığına görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər