Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin 20 oktyabr tarixli xalqa müraciəti

21 oktyabr 2020 | 16:00

Azərbaycan ordusunun qələbə salnaməsi

Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan ordusunun qələbə marşının davam etməsi barədə xalqa növbəti müraciətini etmişdir.  Müraciətdə, 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonununDördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng(Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunduğu qürur hissi ilə xalqımıza çatdırılmışdır.
Bununla yanaşı müraciətdə döyüş meydanında düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikası barədə ətraflı məlumat verilrək bildirilmişdir ki, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri olmaqla  102 yük avtomaşını hərbi qənimət kimi götürüldüyünün   qeyd edilməsi xalqımızda yüksək fəxarət hissi yaratmışdır.
Cənab Prezident müraciətində  Azərbaycan ordusunun Ermənistana onların layiq olduğu yeri göstərdiyini qeyd edərək  Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusunun  artıq məğlubiyyətlə barışmaq məcburiyyətində olduğunu bildirmişdir.  Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldığını qeyd edən dövlət başçısı bunu ordumuzda və xalqımızda yüksək əhval-ruhiyyə yaratdığını bildirmişdir.
Müraciətdə xüsusilə qeyd olunmuşdur ki,  Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri,  Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur.
Hazırda döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyildir. Haqq yolunda vuruşan Azərbaycan ordusunun  tam üstünlüyə malik olduğunu bildirən dövlət rəhbəri,   Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları qısa müddət ərzində azad edəcəkdir.

                Düşmən ordusunun namərd əməlləri

Ölkə Prezidenti cənab İlham Əliyev müraciətində uzun illər ərzində etnik terrora məruz qalmış Azərbaycan xalqının bu gün öz haqqını bərpa etdiyini bildirərək azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq insani əxlaqa, qanuna, beynəlxalq hüquqa zidd olduğunu  bir daha bəyan etmişdir.
Xüsusilə vurğulamışdır ki, düşmən ordusunun namərd əməllərindən olan  dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını. işğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmadığını  artıq görür
Müraciədə,  həmçinin  Gəncənin bombalanması insanlığa qarşı törədilmiş cinayət olduğu bildirilməklə, gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayətin  erməni faşizmin təcəssümü olduğu bildirilmişdir.  Qeyd olunmuşdur  ki, bununla da  cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyin sonunu yaxınlaşdırır;
Dövlət rəhbəri müraciətində  Ermənistanın özününküləşdirmə siyasətinə artıq son qoyulmaqla rəsmi İrəvanın tarixi saxtalaşdırma siyasətinə  son qoyulduğunu bildirilərək,   işğaldan azad olunmuş Xocavənd rayonun Vəng kəndinə yeni Azərbaycan adı verilmklə  artıq həmin kəndin  Çinarlı adlandırıldığı bildirilmişdirılır.

Qarabağ torpaqlarına həyat qayıdacaqdır

Müraciətində, işğaldan azad olunmuş torpaqlara həyat qayıdacağını bildirən ölkə başçısı bundan sonra Azərbaycan xalqının öz torpaqlarda yaşayacağını,  sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacağını qeyd etmiş, dağıdılmış bütün məscidlərimizin, şəhərlərimizin və kəndlərimizin  bərpa ediləcəyini bildirmişdir.
Artıq  Azərbaycan xalqının  Böyük Qayıdışın Astanasında olduğunu qeyd edən dövlət rəhbəri bildirmişdir ki, Azərbaycan dövləti əlindən gələni edəcəkdir ki,  Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.

Ali Baş Komandanın qələbə iradəsi

Müraciətdə xüsusilə qeyd olumuşdur ki, xalq öz Ali Baş Komandanına inanır və ona etimad göstərir. Xalqın Ali Baş Komandana olan inamı isə  dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad isə  böyük qələbəmizi yaxınlaşdırdığını bildirmişdir.
Dövlət başçısı xalqın qarşısında verdiyi vədlərə sadiq qaldığını bildirərək xalqın dəstəyi və milli həmrəyliyinin  qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaratdığını bildirmişdir.  Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələrin  bu gün döyüş meydanında həll olunduğu qürurla bildirilmişdir. .

Münaqişəni özümüz həll edirik

Ölkə Prezidenti cənab İlham Əliyev müraciətində  status-kvoya münasibət bildirərək status-kvonun  artıq olmadığını qeyd edərək, status-kvonu  Azərbaycanın  məhv etdiyini qətiyyətlə bildirmişdir. Artıq  30 ilə yaxın səbir nümayiş etdirən xalqın  öz məsələsini özü həll etdiyini bildirərək, Azərbaycanın  döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdiyini bildirmişdir.
Müracitində  Azərbaycan yumruğunun gücünə diqqət çəkən dövlət rəhbəri, bu  yumruğun  sadəcə düşmənin başını yaran yumruq deyil,  Azərbaycan yumruğunu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnaməsi kimi qiymətləndirmişdir.
Ölkə Prezidenti müraciətində münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyətə diqqəti yönəldərək Azərbaycanın  münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini,  münaqişənin həlli üçün hüquqi bazanı hazırladığını bildirmişdir. Bununla yanaşı BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar münaqişə ilə bağlı qətnamələr qəbul etdiyini bildirmişdir. Xüsusilə  Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildiyi vurğulanaraq bütün bunların  münaqişənin həlli üçün hüquqi əsaslar olduğu qeyd olunmuşdur.

Keçidlər