Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması ölkə Prezidenti cənab İlham Əliyevin bu ailələrə olan diqqət və qayğısının əyani təzahürüdür.

24 iyul 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzində saxlanılmaqla son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ölkə üzrə 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilmiş, bu qəbildən olan 7 minə yaxın şəxsə avtomobil verilmişdir. Bu diqqət və qayğının davamı olaraq cari ildə də daha 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən inşa olunmuş yüksək keyfiyyətli mənzillərlə təmin edilir və ediləcəkdir. Eyni zamanda, əlillər üçün də 400 avtomobil verilməsi nəzərdə tutulmuşdur.

Ümumiyyətlə ölkəmizdə davamlı olaraq dövlət başçısının tapşırığı əsasında dövlət büdcəsinin sosial xərcləri içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur ki, bu da müharibədən əziyyət və ziyan çəkmiş insanlar tərəfindən razılıq və minnətdarlıq hissi ilə qarşılanır.

Xüsusilə qeyd olunmalıdır ki, düyada karonavirus (COVİUD-19)pandemiyasının geniş yayılması nticəsində iqtisadiyyata milyonlarla ziyanın dəydi bir vaxtda belə cari ildə 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcəkdir. Bu işə özəl sektorunda fəallıqla qoşulması, il ərzində “Kapital Bank” tərəfindən öz vəsaiti hesabına inşa edilmiş 68 mənzilin bu kateqoriyadan olan insanlara təqdim rdilməsi, özəl şirkət – “Paşa Holdinq” tərəfindən öz vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilərək orada 4 minə yaxın köçkün ailəsinin məskunlaşdırılması həm ölkəmizdə vətəndaş həmrəyliyinin, həm də dövlət siyasətinin təzahürü olmaqla, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir.

Eyni zamanda ölkəmizdə sosial sahədə çox böyük işlər görülür ki, bunlardanda ötən il şəhid ailələrinə verilən müavinətin 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılması, köçkünlər üçün müavinətlərin 50 faiz artırılması, bəzi müavinətlərin isə 100 faiz artırılması, il ərzində pandemiya dövründə təqribən 5 milyona yaxın insana dövlət tərəfindən maddi dəstəklə olunması bunun bir daha dövlət başçısı cənab ilham Əliyevin daim vətəndaşlarına arxa-dayaq olduğunu onları narahat edən məsələlərin ardıcıllıqla ardan qaldırılması istiqamətində əməli təddbirlərinin göstəricisidir.

Koronavirusla mübarizə ilə əlaədar ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə yeni modul tipli xəstəxanalar tikilməklə xəstələrin dərmanla təchizatı yaxşılaşdırılaraq bu xəstəxanalara bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb edilmişdir.

Bütün bunlarla yanaşı bu ildə pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artırılmaqla il ərzində 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcəkdir ki, bu da əhalinin məşğulluq səviyəsini xeyli yaxşılaşdıracaqdır.

Bütün bunlar vəsaitimizin əsas hissəsinin enerji sektorundan daxil olduğu Heydər Əliyev neft siyasətinin 2003-cü ildən ötən dövrü ərzində də uğurlu icrası nəticəsində mümkün olmuşdur.

Təqdirəlayiq haldır ki, geniş pandemiya ilə əlaqədar mövcud böhranın davam etdiyi bir vaxtda dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət etmişdir. Neftin qiyməti bir neçə dəfə düşərək gəlirlərin azalmasına baxmayaraq ölkəmizdə nəzərdə tutulan bir dənə də olsun sosial layihə ixtisar edilməmişdir.

Dünyada neftin qiymətinin azalmasına bununla əlaqədar Azərbaycanında heft ölkəsi olması ilə bağlı Ermənistan sevinərək hesab edir ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaqdır. Bu başadüşülən olsada, ölkəmizdə özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə üzvülərinin sevinməsi yalnız bu insanların dar düşüncəsinin və antimilli xislətinin təzahürü kimi ölkə vətəndaşları kimi laçınlılar trəfindən qətiyyətlə pislənilir.

Çünki hələdə bu insanlar ötən əsrin 90-cı illərinin əvvəlində ölkədə yaratdıqları xaos və hərci-mərcilik - Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycanın müstəqil ölkə kimi qalıb qalmayacağı bu gün də böyük sual doğurur.

Ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində qan tökülərək şəhidlərimiz olmasını, o cümlədən mülki vətəndaşın həlak olduğunu bildirərək işğalçının Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil etməsinə baxmayaraq qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilini bildirmişdir.

Bu zaman Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun hərbi qələbəsini qeyd etmək üçün minlərlə insanın küçələrə çıxması, minlərlə insanın dövlətə, orduya dəstək göstərməsi xalqıməzın ümumi həmrəylik nümunəsi oldu. Ancaq təssüflə bildirməliyik ki, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz.

Dövlət başçısı yaranmış vəziyyətlə bağlı haqlı olaraq vurğulamışdır ki, indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dövlətinə dəstəyi var. Bunu ölkə Prezidentinə hər gün ünvanlanan minlərlə məktubda ifadə oluan vətəndaşların dəstəyi, həmrəyliyi, orduda xidmət etmək istəyi bir daha göstərir. Bir daha bildiririk ki, əgər birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan işğalçı ilə döyüş əmrinə hazır olduğunu qeyd etmişdir.

Ölkə başçısı şəhid və müharibə əlilri ilə görüşündə bir daha dövlət siyasətimizin ədalətli olduğunu, beynəlxalq hüquqa, tarixi ədalətə söykəndiyini və istədiyimizə nail olacağımızı əminliklə bildirmişdir.

Dövlət başçısının çıxışında 90-cı illərdn fərqli olaraq ölkəmizə çox güclü beynəlxalq dəstək olduğunu, xüsusilə Ilk dəstəyin Türkiyədən gəldinin çox qürurverici olduğunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək olmasını, Qoşulmama Hərəkatı burada 120 ölkə cəmləşir - birmənalı Azərbaycanı dəstəkləməsi, 57 ölkə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının ölkəmizə birmənalı dəstəyinin olması olkəmizin haqq işinə olan dəstək kimi qiymətləndirilir. Həmçinin Ermənistanın bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdılaraq məhv etməsinə və təhqirinə bütün müsəlman ölkələri müasibət bidirməli olduğu vurğulanmışdır. Xüsusilə belə həssas günlərdə, Ermənistanın ölkəmizə hücum etməsi mövqelərimizi zəbt etmək istəyi, hərbçilərimizin və mülki vətəndaşların öldürüldüyü, kəndlərimizin dağıdıldığı bir vaxtda bu həmrəylik daha əhəmiyyətlidir.

Çıxışda o da vurğulanmışdır ki, Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra ermənilər dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müracit edərək dəstək diləmələri bu təşkilat tərəfindən də müdafiə olunmaması işqalçıya ən ağır zərbə oldu.

Əksinə KTMT-nin 6 üzvündən 3-çü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycanın haqq işini müdafiə edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Yəni Qoşulmama Hərəkatının altı ölkəsindən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi ki bu da ölkəmizin nüfuzunun Ermənistandan yüksək olduğunu göstərir.

Ümumiyyətlə bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilmişdir. Bütün bu nailiyyətlər isə Azərbaycan xalqı ilə iqtidar birliyinin sayəsində yaradılmışdır. Xalqımız bu gün əmindir ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi dövlət başçısının daim diqqət mərkəzində saxlanılmaqla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ən prioritet məsələdir.

Dövlət başçısı çıxışında onu da vurğulamışdır ki, münaqişənin yarımçıq həllindəndirsə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməli, işğal edilmiş bütün torpaqlar istisnasız azad edilməli, Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır, çünki ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq.

Ölkə Prezidenti cənab İlham Əliyevin əvvəlki çıxışları kimi Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı söylədiyi tarixi nitqi ölkə ictimaiyyəti kimi Laçın rayon sakinləri tərəfindən də maraqla izlənilərək yüksək razılıq hissi ilə qarşılanmışdır.

Keçidlər