Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçrilmişdir.

17 iyul 2020 | 16:00

    2020-ci il  iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycanın, Tovuz rayonu əazisində,  mövqelərinə artilleriya atəşi ilə qəfil zərbə endirərək təxribat törətmişlər. Gözlənilməz  buzərbə nəticəsində ordumuzun bir neçə yüksək rütbəli və sıravi hərbiçisi qəhrəmancasına həlak olmuş  və yaralanmışdır. Məkirli  Ermənistan beynəlxalq aləmə yenə də bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Lakin Azərbaycan dövlətinin Ermənistan respublikası ilə  dövlət sərhədində hər hansı bir hərbi məqsədinin olmadığı tərəflərə yaxşı bəllidir.
     Qısa zaman ərzində  Azərbaycan Silahlı Qüvvələri tərəfindən tərəfindən düşmənə ağır və sarsıdıcı  zərbələr endirilərək həlak olmuş  hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar;
      Sərhəddə yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yanında Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir.Operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələrinin həmin bölgəyə dəvət edilərək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir;
       Həmişə əsgərləriilə birlikdə öndə gedən, düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Hələ 2016-cı ilin Aprel döyüşlərində düşmənə öz rəşadətini göstərən general yüksək dövlət ordeni ilə təltif edilmişdi.
      Yenə də hərbiçilərimizin qəhrəmanlığı sayəsində düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmiş, şəhidlərimizin intiamı alınaraq, düşmənin postu və bütün infrastrukturu darmadağın edilmişdir.
Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma olmaqla yanaşı şanlı ordumuzunnövbəti parlaq qələbəmizdir;
     Yenə  bu əməlliyatda da  Azərbaycan Ordusu və əsgri bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olmaqla  2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən geri qaytarılmasının və işğalçıların tarixi Azərbaycan torpaqlarından qovulmasının davamı kimi tariximizə düşdü.
Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl ataraq yaşayışməskənlərimizi, kəndlərimizi atəşə tutmuş dinc əhaliyə ziyan yetirmişdir ki,  bunun nəticəsində 76 yaşlı,  ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir;
          Birmənalı olaraq bildiririk ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Azərbaycan torpaqlarının  itirilməsi isə 90-cı illərdə  hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanəti nəticəsində baş vermişdir. Belə ki, həmin  vaxt onlar  Azərbaycanda  qarışdırma və  hərc-mərclik salmaqla, hakimiyyəti yıxmaq üçün Qarabağ bölgəsində xəyanət etmişlər.
Lakin bu  günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir;
   Həmçinin Ermənistan tərəfindən törədilən bu hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil ki, xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən Ermənistanda hakimiyyətdə  olan bu dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra xalqı aldadaraq bir çox şirin vədlər vermişdir. 
      Hazırda Ermənistanda demokratik prinsiplər tamamilə pozulmaqla,  Venesiya Komissiyasının tövsiyələri rədd edilmiş,  siyasi opponentlər təqib olunaraq faktiki olaraq  diktatura qurulmuşdur.  Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atsın.
Operativ məlumata görə, artıq Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır, əhali panika şəraitində yaşayır. Bundan fərqli olaraq ölkəmizin hər bir vətəndaşı isə  öz torpağında dövlətinin və ordusunun etibarlı şəkildə oruduğu və qoruyacağı  vəziyyətdə  ləyaqətlə yaşayır, qurub yaradır.
       Törətdiyi çirkin əməllərə görə  Azərbaycan Ordusu tərəfindən layiqli cavab adıqdan sonra Ermənistanın gülünc vəziyyətdə  dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərk, yardım istəməsi, hay-haray qaldıraraq köməklik diləməsi bu dövlətin zəifliyini göstərməklə heç nəyə qadir olmadığını bildirir.
    İşğalçı Ermənistan tərəfindən Təxribat törədiləndən dərhal sonra, iyulun  12-də günorta saatlarında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  müvafiq göstərişlər verilməklə, beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər birinin təlimatlandırılaraq təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat vermələri tapşırımışdır.
Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər;
Dövlət başçısının iclasdakı çıxışında XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməli olduğu halda, susmasının, ölkə başçısı tərəfindən bu nazirlik qarşısında qoyulan vəzifələrin yerinə yetirilmədiyini, mövcud tələbləri doğrultmadığını təəssüflə bildirmişdir. Bununla yanaşı çıxışda son vaxtlar  diplomatiyamızınhəyata keçirtdiyi tədbirlərin ölkənin  uğurlu inkişafı ilə uzlaşmadığı  bəzəndə  mənasız işlərlə, mənasız danışıqlarla məşğul olunduğu bildirilmişdir. Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir;
Həmişə olduğu kimi bu günlərdə də Azərbaycanın  tək qalmadığı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəkləməsi, Pakistanın ölkəmizin xeyrinə birmənalı mövqedə olmaqla Pakistanın  birmənalı mövqe bildirərək ölkəmizin  haqq işinə öz dəstəyini verməsi ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətinin məntiqi göstəricisidir. Bununla yanaşı digər ölkələrin rəsmi nümayəndələrinin  Azərbaycanı dəstəkləməsi,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  açıqlama verməsi ölkəmizə olan dəstəyin əyani göstəricisidir.
Eyni zamanda ölkə başçısının çıxışında,  ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbənin, təbii olaraq ölkə ictimaiyyətində ruh yüksəkliyi yaratması vurğulanmaqla bunun  xalq-iqtidar birliyinin sarsılmazlığının göstəricisi olduğu bildirildi.
      Dövlət başçısının  çıxışında həmçinin,  ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insanın Şəhidlər xiyabanına gəlməsinin  çox qürurverici olduğu bildirilməklə mitinqdən sonra onları arasına girən   Azərbaycan Xalq Cəbhəsinin tör-töküntülərinin təxribatçı  pozuculuq hərkətlər etməsinin yolverilməz olduğu qeyd olunmaqla bu gözəl və nəcib addıma kölgə salmağı haqlı olaraq qınananmış, onların belə  qanunsuz əməllər törətməyə görə qanun arşısında cavab verəcəkləri bildirilmişdir.

Keçidlər