Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində videokonfrans formatında müşavirə keçirilmişdir

29 iyun 2020 | 16:00

     Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2020-ci il iyunun 29-da xidmət sahələrinin rəhbərləri və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrlə videokonfrans formatında müşavirə keçirmişdir.
     Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli onlayn müşavirdə koronavirusa qarşı rayon üzrə görülmüş işlərdən söz açaraq, xüsusi karantin və sanitar rejimi ilə əlaqədar yerlərdə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı mövcud vəziyyətdən danışmış,  ictimai yerlərdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməməsi, tibbi-pofilaktik qaydalara əməl etməklə maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılması barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermiş, daha sonra xidmət sahələrinin rəhbərlərinin və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin məlumatlarını dinləmişdir.
    Dünyanın 130-dan çox dövləti tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsündən söz açan rayon rəhbəri həmin təşəbbüsün dəstəklənməsini beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisi olduğunu, bu təşəbbüsün laçınlılar tərəfindən də yüksək qiymətləndirildiyini və alqışlandığını bildirmişdir.
    Onlayn müşavirənin sonunda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli hər kəsə öz işində daha məsuliyyətli olmağı, tələb olunan karantin və sanitar rejimi qaydalarına əməl edilməsi istiqamətində  xidmət sahələrinin rəhbərlərinə və müvafiq  inzibati ərazi dairəsi üzrə nümayəndələrə konkret tapşırıqlar vermişdir.

Keçidlər