Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun ümumtəhsil məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanı keçirilmişdir.

10 iyun 2020 | 16:00

    2020-ci il 10 iyun tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik məcburi köçkün qəsəbəsində Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq, 2019-2020-ci tədris ili üzrə ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilmişdir.

    Bütün zəruri şəraitə malik olan Laçın rayonunun Taxta Körpü qəsəbə tam orta məktəbinin binasında keçirilən buraxılış imtahanına Laçın rayonu üzrə ərazidə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 190 nəfər şagird cəlb olunmuşdur. Qeyd olunmalıdır ki, imtahan prosesində iştirak edən bütün iştirakçılar xüsusi karantin rejimi qaydalarına uyğun olaraq imtahana tibbi maskası ilə gəlişi təmin edilməklə, ərazidə kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma qaydaları və vaxtı, həmçinin imtahan keçirilən otaqlarda şagirdlərin tək-tək əyləşməsi təmin edilmişdir.

    Saat 11:00-da başlanan imtahan prosesi müddətində heç bir narahatçılıq qeydə alınmadan 14:00-da yekunlaşmışdır.

    İştirakçılar imtahanın keçirilməsi üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər

Keçidlər