Şriftin ölçüsü :

Saytın rəngi :

9 May - Faşizm üzərində Qələbə Gününün 75-ci ildönümüdür.

09 may 2020 | 16:00

  Bu gün bütün dünya ölkələrində olduğu kimi respublikamızda da 9 May - Faşizm üzərində Qələbə  Gününün 75-ci ildönümü qeyd olunur. Bu münasibətlə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişlər.
   Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda böyük şücaət göstərmiş qəhrəmanlarımıza, eləcə də  Böyük Vətən Müharibəsi iştirakçılarına Ulu öndər Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük Vətən Müharibəsi iştirakçılarının sosial rifah halının yaxşılaşdırılması və onların həyat şəraiti hər zaman dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzində olmaqla, onlar dövlətimizin bütün qayğıları ilə əhatə olunublar.
   1941-1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş 640 min nəfərdən çox Azərbaycanlının 3660 nəfəri Laçın rayon sakini olmuşdur ki, onlardan da  bir nəfəri Əvəz Verdiyev müharibə illərində göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 2426 nəfəri isə müharibədən geri qayıtmamışdır. Hazırda Böyük Vətən Müharibəsi iştirakçısı olan rayon sakinlərindən sağ qalan dörd nəfərdən iki nəfəri Ağcabədi rayonunun Taxta Körpü ərazisində, bir nəfəri Bakı şəhərində, bir nəfəri isə Şəki şəhərində müvəqqəti məskunlaşmışdır. Laçın rayonundan olan Böyük Vətən Müharibəsi iştirakçıları keçdikləri çətin və şərəfli döyüş yolundan daima söz açaraq, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və ikinci dəfə qələbə sevinci yaşayacaqlarına əminliklərini bildirirlər.

Keçidlər