Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı köçkünlər onlara göstərilən maddi və mənəvi dəstəyi yüksək qiymətləndirirlər.

24 aprel 2020 | 16:00

Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən  bütün zəruri addımlar atılır, yerlərdə davamlı olaraq müvafiq tədbirlər görülür. 
Bu tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta körpü ərazisində, karantin şəraitində ehtiyacı olan şəxslərə dəstək  məqsədi ilə“Evdə qal “ kampaniyası çərçivəsidə sosial aksiya həyata keçirilmişdir.
24 aprel 2020-ci il tarixdə həyata keçirilən aksiya zamanı, karantin rejimi şəraitində  əhalinin ən həssas təbəqəsi olan yaşlı və ehtiyacı olan insanlara, DSMF-nin Laçın rayon şöbəsi əmkdaşları və YAP Laçın rayon təşkilatı könüllülərinin iştirakı ilə, ərzaq sovqatları paylanılmışdır. Ərazidəki müxtəlif ünvanlarda həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 100 ailə bəhrələnmişdir. Ərzaq bağlamalarını qəbul edən laçınlı köçkünlər  bu xeyirxah aksiyaya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.
Aksiya zamanı koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara  özlərinin və yaxınlarının sağlamlığını qorumaq naminə evdə qalmaları tövsiyə edilmişdir.

Keçidlər