Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı imkansız ailələrə növbəti ərzaq yardımlarının paylanışı İmişlidə olmuşdur.

23 aprel 2020 | 16:00

    Dövlət başçısı cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara davamlı olaraq, yardımlar paylanılır, onlara sosial xidmətlər göstərilir.
    Növbəti belə xeyriyyəçilik tədbiri 2020-ci il 23 aprel tarixdə İmişli şəhərində Pambıq zavodunun uşaq bağçasının binasında və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə keçirilmişdir. Xeyriyyə aksiyası zamanı ümumilikdə 40 ailəyə yerdə ərzaq bağlamaları paylanılmış, Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmalarını tövsiyə etmişdir. Məcbuti köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
   Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

Keçidlər