Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının qayğısı ilə inşa edilmiş modul tipli məktəblər laçınlı şagirdlərin istifadəsinə verildi.

16 yanvar 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevin "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2019-cu il 10 iyun tarixli Sərəncamına əsasən Laçın rayonu üzrə 2 modul tipli məktəb tikilmişdir.
         Həmin məktəblərdən biri Ağcabədi rayonu Taxtakörpü ərazisində yerləşən Hacılar obasında fəaliyyət  göstərən Laçın rayon E.Ə.Məhərrəmov adına Hacılar kənd tam orta məktəbi üçün 56 şagird yerlik  digəri isə  Bərdə rayonunun Qazaxlar kəndinin ərazisində yerləşən Laçın rayon Qazaxlar ümumi orta məktəbi üçün isə 40 şagird yerlik  modul tipli məktəb binaları  quraşdırılmışdır. Hər iki məktəb Təhsil Nazirliyi tərəfindən zəruri inventar və avadanlıqla təmin edilmişdir.
        16 yanvar 2020-ci il tarixdə hər iki məktəbin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, YAP Laçın rayon təşkilatının sədri  İlqar İlyasov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov,   məktəb kollektivləri, kənd ictimaiəti nümayəndələri iştirak edmişlər. Açılış mərasimində  iştirak edənlər ölkə təhsilinə, xüsusilə köçkün uşaqlarının  normal şəraitli təhsil müəssisələrində təhsil almalarına göstərdiləri hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti Cənab  İlham Əliyevə və ölkəmizin Birinci vitse –prezidenti Mehriban xanım Əliyevaya məktəb kollektivləri və sakinlər adından dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.

Keçidlər