Home Contact Phone
background
  • Ünvan: Nərimanov rayonu, Qafur Rəşad küçəsi 20 (Bakı Qərargahı)
  • Faks: 012-566-67-69
  • E-mail: mail@lachin-ih.gov.az

Xəbərlər

  • Payız-qış mövsümü öncəsi avtomobil yollar...

    Payız-qış mövsümü öncəsi avtomobil yolları cari təmir olunur.

    2017-09-22

    Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli tərəfindən təsdiq edilmiş tədbirlər planının icrası olaraq, Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki yaşayış məntəqələrində 2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

  • Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil...

    Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı - Cocuq Mərcanlı” filminin təqdimatında iştirak etmişdir.

    2017-09-21

    2017-ci il sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı - Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilmişdir. Tədbirdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli də iştirak etmişdir.

  • Qrafik üzrə vətəndaşların növbəti qəbulu ...

    Qrafik üzrə vətəndaşların növbəti qəbulu keçirildi

    2017-09-20

    20 sentyabr 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qrafik üzrə növbəti qəbulu keçirildi. Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda müraciət edərək qəbula yazılmış 20 nəfər rayon sakini ayrı-ayrılıqda dinlənilmişdir

  • Laçınlı  bağçayaşlı  uşaqların  təlim-t...

    Laçınlı bağçayaşlı uşaqların təlim-tərbiyəsi rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır

    2017-09-19

    2017-ci il 19 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki 552 ailəlik məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun 3 saylı Körpələr evi-uşaq bağçasında olmuş, bağçanın gündəlik fəaliyyəti ilə maraqlanmışlar.

  • Taxtakörpü ərazisində payız səpini işləri ...

    Taxtakörpü ərazisində payız səpini işləri davam edir

    2017-09-18

    Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək, əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır

Foto qalereya